Gürcüstanda daha 179 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 179 nəfər koronavirusa yoluxub
# 17 sentyabr 2020 10:37 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 179 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2 937 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1 422 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR