Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub
  • Clock-gray 10:26
  • calendar-gray 19 Sentyabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 187 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.   

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 306 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 014 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 481 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər