Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 193 yoluxma halı qeydə alınıb, 1 nəfər vəfat edib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 695 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 988 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 534 nəfərin sağaldığı, 20 nəfərin isə vəfat etdiyi bildirilir.