Gürcüstanda daha 3071 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb

Gürcüstanda daha 3071 nəfər koronavirusa yoluxub, 34 nəfər ölüb
  • Clock-gray 10:57
  • calendar-gray 25 Noyabr 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 071 yoluxma faktı qeydə alınıb, 34 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 114 889 nəfərə, ölənlərin sayı isə 1085 nəfərə çatıb.

Virusa yoluxanlardan 95 581 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər