Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb
# 09 oktyabr 2020 11:02 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 527 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 10 752 nəfərə, ölənlərin sayı 72 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 574 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 5 866 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR