Gürcüstanda daha 616 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 616 nəfər koronavirusa yoluxub
# 31 mart 2021 10:45 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 616 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 281 761, ölənlərin sayı isə 3 778 nəfərə çatıb.

Virusa yoluxanlardan 273 167 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR