Gürcüstanda daha bir nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha bir nəfərdə koronavirus aşkarlanıb
# 28 fevral 2020 14:21 (UTC +04:00)

Gürcüstanda daha bir şəxsdə koronavirusa yoluxma qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O qeyd edib ki, həmin şəxs İtaliyadan qayıdan Gürcüstan vətəndaşıdır. Xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR