Gürcüstanda dəmir yolu ilə sərnişindaşımalar bərpa edilir

Gürcüstanda dəmir yolu ilə sərnişindaşımalar bərpa edilir
# 25 fevral 2021 12:49 (UTC +04:00)

Gürcüstanda dəmir yolu ilə sərnişindaşımalar fevralın 27-dən bərpa ediləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava hökumətin iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, iki gün ərzində ölkədə dəmir yolu ilə sərnişindaşımalara dair cədvəl elan ediləcək.

Nazir ölkədəki müsbət epidemioloji dinamikanın qorunması məqsədi ilə vətəndaşları diqqətli olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR