Gürcüstanda genişmiqyaslı beynəlxalq hərbi təlimlər keçiriləcək

Gürcüstanda genişmiqyaslı beynəlxalq hərbi təlimlər keçiriləcək
# 03 fevral 2020 16:46 (UTC +04:00)

Bu ilin sentyabrında Gürcüstanda “Layiqli Tərəfdaş 2020” (Noble Partner 2020) adlı beşinci çoxmillətli hərbi təlimlər keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Vaziani poliqonunda keçiriləcək təlimlərdə tərəfdaş qüvvələrin hərbçiləri sahə təlimləri ilə yanaşı, kiber təhlükəsizlik və informasiya əməliyyatları üzrə müxtəlif tapşırıqlar icra edəcəklər.

“Güc tərəfdaşlıqdadır” şüarı ilə keçiriləcək builki təlimlərin məqsədinin tərəfdaş ölkələrin hərbi qüvvələrinin qarşılıqlı əməliyyat qabiliyyətinin, hərbi hazırlığının inkişaf etdirilməsi, həmçinin Qara dəniz bölgəsində stabilliyin və təhlükəsizliyin gücləndirilməsi olduğu bildirilir.

Qeyd edək ki, sonuncu dəfə bu hərbi təlim iki il əvvəl keçirilib. Təlimlərdə Azərbaycan da daxil olmaqla 13 ölkədən (Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR