Gürcüstanda həkim koronavirusa yoluxub

Gürcüstanda həkim koronavirusa yoluxub
# 30 mart 2020 19:07 (UTC +04:00)

Gürcüstanda həkim vəzifəsini yerinə yetirərkən koronavirusa yoluxub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə qeyd edib. O bildirib ki, həkimin infeksiyaya yoluxması artıq təsdiqlənib.

Qeyd edək ki, Gürcüstanda 100 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, onlardan 18-nin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR