Gürcüstanda iki nəfər “donuz qripi”ndən ölüb

Gürcüstanda iki nəfər “donuz qripi”ndən ölüb
# 08 yanvar 2020 16:57 (UTC +04:00)

Gürcüstanda son 5 ayda iki nəfər “donuz qrupi” (H1N1) virusundan ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O, qeyd edib ki, ölüm faktlarından biri İmereti rayonunda, digəri isə Acarıstan Muxtar Respublikası ərazisində qeydə alınıb.

“Hər iki halda da xəstələr müalicə üçün tibb müəssisəsinə gec müraciət ediblər. Onların hər ikisi yetkin şəxslər idi. Qrip bu insanların əsas xroniki xəstəliyini daha da ağırlaşdırıb", - deyə Amiran Qamkrelidze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR