Gürcüstanda iki yeni nazir təyinatı olub

Gürcüstanda iki yeni nazir təyinatı olub
# 01 aprel 2021 11:11 (UTC +04:00)

Gürcüstanda iki yeni nazir təyinatı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün istefa vermiş Baş nazirin müavini, maliyyə naziri İvane Maçavarianinin yerinə Laşa Xutsişvili təyin edilib.

Ədliyyə naziri Qoça Lordkipanidzeni isə müdafiə nazirinin müavini Rati Breqadzenin əvəz edəcəyi bildirilib.

Baş nazir İrakli Qaribaşvili qeyd edib ki, ötən gün ədliyyə naziri Qoça Lortkipanidzenin Haaqa məhkəməsinin hakimi seçilməsi ilə əlaqədar sonuncu iş günü olub və o, Hollandiyaya yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR