Gürcüstanda kinoteatrların fəaliyyəti bərpa edilib

Gürcüstanda kinoteatrların fəaliyyəti bərpa edilib
# 01 aprel 2021 09:12 (UTC +04:00)

Bu gündən Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə kinoteatr və uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə qoyulan qadağa götürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, həmin obyektlər ölkənin Səhiyyə Nazirliyinin müvafiq protokollarına uyğun fəaliyyətlərini bu gündən bərpa edə biləcəklər. Bundan başqa, qonşu ölkədə teatr tamaşalarının və idman tədbirlərinin keçirilməsinə qoyulan məhdudiyyət də ləğv edilib.

Qeyd edək ki, Gürcüstanda martın 15-dən teatrların, idman klublarının, həmçinin musiqi ansambllarının təlim və məşqlərini davam etdirməsinə icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR