Gürcüstanda komendant saatı ləğv edilir - YENİLƏNİB

Gürcüstanda komendant saatı ləğv edilir - YENİLƏNİB
# 21 may 2020 11:18 (UTC +04:00)

Sabahdan Gürcüstanda komendant saatının tətbiqi dayandırılır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, hökumət mayın 22-dən etibarən fövqəladə vəziyyət rejiminin və komendant saatının tətbiqinin dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Gürcüstanda COVID-19 pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət elan edilib. Martın 31-dən etibarən 21:00-06:00 radələrində bütün ölkə ərazisində komendant saatı tətbiq edilir.

***

saat 09:28

Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Qaxaria bildirib.

Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyət rejiminin yenidən uzadılması üçün prezidentə müraciət etməyəcək: "Epidemioloji vəziyyəti dərindən təhlil etdikdən sonra Gürcüstan hökuməti fövqəladə vəziyyət rejiminim mayın 22-dən sonra uzadılması üçün prezidentə və parlamentə müraciət etməmək qərarına gəldi".

G. Qaxaria qeyd edib ki, fövqəladə vəziyyət qaldırılacaq, lakin tətbiq edilən məhdudiyyətlər dərhal qaldırılmayacaq: “Epidemioloqların fikrincə, risklərə nəzarətin yüksək səviyyədə olması üçün məhdudiyyətlərin bir hissəsi qalmalıdır. Bununla əlaqədar parlamentə fövqəladə vəziyyət elan etmədən epidemiya və riskləri idarə etməyə imkan verəcək qanunvericilik dəyişikliklərini müzakirə etməyə başlamağı xahiş edirik", deyə Giorgi Qaxaria bildirib.

Qeyd edək ki, Gürcüstanda martın 21-dən etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR