Gürcüstanda koronavirus səbəbi ilə qış turizm zonalarının fəaliyyəti dayandırılır

Gürcüstanda koronavirus səbəbi ilə qış turizm zonalarının fəaliyyəti dayandırılır
# 26 noyabr 2020 14:34 (UTC +04:00)

Gürcüstanda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq qış turizm obyektlərinin və hotellərin fəaliyyəti məhdudlaşdırılır.

APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq qərarı Gürcüstan Qurumlararası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, noyabrın 28-dən yanvarın 31-dək ölkə ərazisindəki hotellər yalnız karantin zonası kimi fəaliyyət göstərə biləcək.

Qış kurort zonalarının və xizək turizm mərkəzlərinin fəaliyyəti isə tam dayandırılacaq. Eyni qərara əsasən, ölkə ərazisində restoranların və digər qida obyektlərinin yerində xidməti də məhdudlaşdırılacaq və həmin obyektlər yalnız çatdırma xidməti ilə fəaliyyət göstərə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR