Gürcüstanda koronavirus yoluxmalarını təyin etmək mümkün olacaq

Gürcüstanda koronavirus yoluxmalarını təyin etmək mümkün olacaq
# 03 fevral 2020 15:40 (UTC +04:00)

Sabahdan etibarən Gürcüstanda koronavirus yoluxmalarını müəyyənləşdirmək mümkün olacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, analizlərin aparılacağı Luqar labaratoriyası sabahdan etibarən yoluxmaları yüksək dəqiqliklə müəyyənləşdirəcək avadanlıqlarla təmin ediləcək.

A.Qamkrelidze bildirib ki, bu günədək Gürcüstanda yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Tbilisidə yerləşən İnfeksion Xəstəliklər Xəstəxanasında üç nəfər izolyasiya şəraitində müalicə olunur.

Onların analiz nəticələri artıq Almaniyaya göndərilib, test cavabları sabah açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR