Gürcüstanda koronavirusa daha 133 yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa daha 133 yoluxma qeydə alınıb
# 04 mart 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 133 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 872, ölənlərin sayı isə 3 553 nəfərə çatıb. Virusa yoluxanlardan 266 081 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR