Gürcüstanda koronavirusa görə hərbi xidmətə çağırış təxirə salınıb

Gürcüstanda koronavirusa görə hərbi xidmətə çağırış təxirə salınıb
  • Clock-gray 14:43
  • calendar-gray 11 Mart 2020

Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi xidmətə yaz çağırışının vaxtı aprelin 13-ə təxirə salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.

 

Səid Babazadə

Digər xəbərlər