Gürcüstanda koronavirusa yoluxanların sayı 1 182 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 182 nəfərə çatıb
  • Clock-gray 10:56
  • calendar-gray 04 Avqust 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.  

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi saytda məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 182 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 007 nəfər karantində saxlanılır.

Virusa yoluxanlardan 962 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

apa-logo-mini

Digər xəbərlər