Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb
  • Clock-gray 09:54
  • calendar-gray 05 Avqust 2020

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 7 066 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 974 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Səid Babazadə

Digər xəbərlər