Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb
# 07 avqust 2020 10:27 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 680 nəfər karantində saxlanılır, 333 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 994 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR