Gürcüstanda koronavirusa yoluxanların sayı 1 216 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 216 nəfərə çatıb
# 08 avqust 2020 10:28 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 216 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 166 nəfər karantində saxlanılır, 282 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 994 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR