Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb
  • Clock-gray 09:48
  • calendar-gray 15 İyul 2020

Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərşçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1003 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5640

nəfər karantində saxlanılır, 244 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 870 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər