Gürcüstanda koronavirusa yoluxanların sayı 1006 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1006 nəfərə çatıb
# 16 iyul 2020 09:45 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 2 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1006 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5640 nəfər karantində saxlanılır, 244 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 883 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR