Gürcüstanda koronavirusa yoluxanların sayı 1168 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1168 nəfərə çatıb
  • Clock-gray 10:02
  • calendar-gray 31 İyul 2020

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1168 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6596 nəfər karantində saxlanılır, 327 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 940 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Səid Babazadə

Digər xəbərlər