Gürcüstanda koronavirusa yoluxanların sayı 1177 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1177 nəfərə çatıb
# 02 avqust 2020 10:20 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1177 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6969 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 955 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR