Gürcüstanda koronavirusa yoluxanların sayı 1225 nəfərə çatıb

 Gürcüstanda koronavirusa yoluxanların sayı 1225 nəfərə çatıb
# 09 avqust 2020 10:16 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1225 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7068 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1000 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR