Gürcüstanda koronavirusa yoluxanların sayı 15 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 15 mini ötüb
# 16 oktyabr 2020 10:57 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 887 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 15 327 nəfərə, ölənlərin sayı isə 124 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 721 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 7 613 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR