Gürcüstanda koronavirusa yoluxanların sayı 194 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 194 mini keçib
# 15 dekabr 2020 10:57 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 837 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 194 900, ölənlərin sayı isə 1 883 nəfərə çatıb.

Virusa yoluxanlardan 164 786 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR