Gürcüstanda koronavirusa yoluxanların sayı 195-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 195-ə çatıb
# 07 aprel 2020 10:04 (UTC +04:00)

Gürcüstanda daha 7 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma aşkarlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 195-ə çatıb. Hazırda ölkə üzrə karantində 4735, stasionar müalicədə isə 383 nəfər var. Virusa yoluxmuş şəxslərdən 39-u sağalıb, ikisi isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR