Gürcüstanda koronavirusa yoluxanların sayı 259 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 259 mini keçib
# 02 fevral 2021 10:51 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 858 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 209, ölənlərin sayı isə 3 208 nəfərə çatıb.

Virusa yoluxanlardan 250 289 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR