Gürcüstanda koronavirusa yoluxanların sayı 260 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 260 mini ötüb
# 04 fevral 2021 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 583 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 260 480, ölənlərin sayı isə 3 240 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 251 748 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR