Gürcüstanda koronavirusa yoluxanların sayı 264 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 264 mini ötüb
  • Clock-gray 10:47
  • calendar-gray 11 Fevral 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 557 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 264 158, ölənlərin sayı isə 3 321 nəfərə çatıb.

Virusa yoluxanlardan 256 024 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər