Gürcüstanda koronavirusa yoluxanların sayı 265 557 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 265 557 nəfərə çatıb
# 14 fevral 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 357 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 265 557, ölənlərin sayı isə 3 352 nəfərə çatıb.

Virusa yoluxanlardan 258 093 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR