Gürcüstanda koronavirusa yoluxanların sayı 279 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 279 mini ötüb
# 25 mart 2021 10:44 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 399 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 279 027, ölənlərin sayı isə 3 732 nəfərə çatıb.

Virusa yoluxanlardan 271 278 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR