Gürcüstanda koronavirusa yoluxanların sayı 593 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 593 nəfərə çatıb
# 04 may 2020 10:11 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 593 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4830 nəfər karantində saxlanılır, 521 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 223 nəfəri sağalıb, 9 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR