Gürcüstanda koronavirusa yoluxanların sayı 647 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 647 nəfərə çatıb
# 13 may 2020 10:10 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 647 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 4373 nəfər karantində saxlanılır, 386 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 372 nəfər sağalıb, 11 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR