Gürcüstanda koronavirusa yoluxanların sayı 738-ə çatıb

 Gürcüstanda koronavirusa yoluxanların sayı 738-ə çatıb
# 28 may 2020 10:24 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 738 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 3076 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 573-ü sağalıb, 12-i isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR