Gürcüstanda koronavirusa yoluxanların sayı 898 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 898 nəfərə çatıb
  • Clock-gray 10:14
  • calendar-gray 20 İyun 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 898 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 2891 nəfər karantində saxlanılır, 256 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xəstəliyə yoluxanlardan 752 nəfər sağalıb, 14 nəfər isə vəfat edib.

Səid Babazadə

Digər xəbərlər