Gürcüstanda koronavirusa yoluxanların sayı 90 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 90 mini ötüb
# 19 noyabr 2020 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 697 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 93 092 nəfərə, ölənlərin sayı isə 535 nəfərə çatıb.

Virusa yoluxanlardan 73 877 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR