Gürcüstanda koronavirusa yoluxanların sayı 924 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 924 nəfərə çatıb
  • Clock-gray 10:35
  • calendar-gray 28 İyun 2020

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 3 yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 924 nəfərə, ölənlərin sayı isə 15 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 2819 nəfər karantində saxlanılır, 230 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 785 nəfər sağalıb.

Səid Babazadə

Digər xəbərlər