Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
# 08 may 2020 13:11 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusdan (COVID-19) daha bir ölüm halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin yaratdığı xüsusi rəsmi internet saytında bildirilib.

Bununla da Gürcüstanda COVİD-19-dan ölənlərin sayı 10 nəfərə çatıb.

***

saat 10:05

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 8 yeni yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 623 nəfərə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 4723 nəfər karantində saxlanılır, 446 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 288 nəfəri sağalıb, 9 nəfəri isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR