Gürcüstanda koronavirusdan ölənlərin sayı 2 773 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı  2 773 nəfərə çatıb
# 10 yanvar 2021 11:01 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 143 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 239 229 nəfərə, ölənlərin sayı isə 2 773 nəfərə çatıb.

Virusa yoluxanlardan 225 335 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR