Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 000 nəfəri ötüb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 000 nəfəri ötüb
# 22 yanvar 2021 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 903 yoluxma faktə qeydə alınıb, 24 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 251 974, ölənlərin sayı isə 3022 nəfərə çatıb.

Virusa yoluxanlardan 238 737 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR