Gürcüstanda koronavirusdan ölənlərin sayı 3600-ü ötdü

Gürcüstanda koronavirusdan ölənlərin sayı 3600-ü ötdü
# 09 mart 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 139 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 273 137, ölənlərin sayı isə 3 601 nəfərə çatıb.

Virusa yoluxanlardan 267 015 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR