Gürcüstanda koronavirusun mutasiya olunmuş növü aşkarlanıb

Gürcüstanda koronavirusun mutasiya olunmuş növü aşkarlanıb
# 04 yanvar 2021 18:03 (UTC +04:00)

Gürcüstanda koronavirusun mutasiya olunmuş növünə ilk yoluxma qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, pasiyent 50-dən çox yaşı olan kişidir.

Yoluxan şəxsin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu və təcrid edildiyi bildirilib.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktorunun müavini Paata İmnadze Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında qeyd edib ki, koronavirusun mutasiyaya uğramış növü ilə bağlı üç bioloji material genetik analiz edilib və onlardan birinin nəticəsi pozitiv olub. Yoluxan şəxsin Britaniyaya səfər tarixçəsi olmadığı, bununla belə Gürcüstana üçüncü ölkədən səfər etdiyini açıqlanıb.

P. İmnadze qeyd edib ki, virusun mutasiyaya uğramış yeni növü əvvəlkindən daha ölümcül və ya şiddətli deyil, yalnız daha sürətli yoluxmaq qabiliyyətinə malikdir. O, ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin indi daha vacib olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR