Gürcüstanda kütləvi tədbirlərin keçirilməsinə yenidən qadağa qoyulub

Gürcüstanda kütləvi tədbirlərin keçirilməsinə yenidən qadağa qoyulub
# 09 sentyabr 2020 12:17 (UTC +04:00)

Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi sabahdan etibarən qadağan ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, müvafiq qərar Gürcüstan Qurumlararası Koordininasiya Şuraslı tərəfindən qəbul edilib: "Məhdudiyyət qapalı məkanlarda hələ də qüvvədə idi, lakin sabahdan etibarən açıq məkanlarda da bu cür tədbirlərin keçirilməsinə qadağa qoyulacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR