Gürcüstanda meşə yanğını başlayıb

Gürcüstanda meşə yanğını başlayıb
# 26 fevral 2020 15:21 (UTC +04:00)

Gürcüstanın Kaxeti rayonunda meşə yanğını başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Axmeta bələdiyyəsinə tabe olan Matani kəndindən 10 km aralıda, dağlıq ərazidə başlayan yanğının söndürülməsi məqsədi ilə əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğının 3 hektar ərazini əhatə etdiyi bildirilir.

Çətin relyef səbəbi ilə yanğınsöndürmə işlərində ləngimə yaranıb.

Yanğının səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR