Gürcüstanda məhkəmə “Vahid Milli Hərəkat”ın sədrinin həbsdə qalmasına qərar verib

Gürcüstanda məhkəmə “Vahid Milli Hərəkat”ın sədrinin həbsdə qalmasına qərar verib
# 13 aprel 2021 16:07 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsi müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsdə qalmasına qərar verib.

APA-nın yerli bürosunun xəbərinə görə, məhkəmənin bu gün keçirilən iclasında 2019-cu ilin 20-21 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında qrup zorakılığı törətməkdə ittiham edilən müxalif lider N. Melianın həbsdə qalmasına qərar verilib.

Hakimin qərarı məhkəmə zalında etirazla qarşılanıb.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.

Qeyd edək ki, bu il fevralın 23-də "Vahid Milli Hərəkat" partiyasının sədri N. Melianın partiyanın baş qərargahında həbs edilməsindən sonra Gürcüstanda hakimiyyətlə müxalif partiyalar arasında gərginlik pik həddə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR