Gürcüstanda müxalif deputatın mandatı alınıb

Gürcüstanda müxalif deputatın mandatı alınıb
  • Clock-gray 16:56
  • calendar-gray 12 Dekabr 2019

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Nika Melianın deputatlıq fəaliyyətinə son qoyulub.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentində keçirilən səsvermədə 88 millət vəkili N.Melianın mandatının alınmasına səs verib. Parlamentin sədri Arçil Talakvadze qərarın qəbul edildiyi müddətdən qüvvədə olduğunu açıqlayıb.

Qeyd edək ki, N.Melia iyunun 20-21-də Tbilisidə keçirilən aksiyalar zamanı polislə vətəndaşlar arasında yaranan qarşıdurmanın, mitinqlərin təşkilində və aksiyalarda liderlik etməkdə təqsirləndirilərək saxlanılıb. İyunun 27-də 30 min lari müqabilində azadlığa buraxılan sabiq millət vəkilinin qoluna elektron qolbaq taxılıb və pasportu əlindən alınıb. 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date